Viktoria Fiskə – İstifadə Qaydaları
🔷 Uyğun parçalar
Pambıq,kətan,viskon,yun,ipək və yarı sintetik parçalar üçün uyğundur.✅
❌%100 poliester və akril parçalar üçün uyğun deyil.❌
🔷 Fiskə nə üçündür?
- Rəngin parçada daha uzunömürlü qalmasını təmin edir
- İlk yuma zamanı rəng axmasının qarşısını alır
- Boyanın parçaya daha yaxşı hopmasına kömək edir
🔷 Lazım olan materiallar
- Viktoria Fiskə
- Boyanmış paltar və ya parça
- İsti su (40–50°C)
- Böyük qab (plastik vedrə və ya qab)
- Taxta və ya plastik qaşıq
🔷 İstifadə qaydası
- Boyama prosesi bitdikdən sonra paltarı təmiz su ilə yaxalayın.
- Paltarı tam örtəcək qədər 40–50°C isti su hazırlayın.
- 5 litr suya 1 paket fiskə əlavə edib qarışdırın.
- Boyanmış paltarı məhlula salın.
- 20–30 dəqiqə ərzində arabir qarışdırın.
- Müddət bitdikdən sonra paltarı sudan çıxarın.
🚿 Qurudulma
- Paltarı sıxmadan sudan çıxarın.
- Kölgə və havalı yerdə qurudun.
- İlk yumanı ayrı və soyuq suda edin.
⚠️ Diqqət edilməli məqamlar
- Fiskəni boyamadan əvvəl istifadə etməyin.
- Tövsiyə olunan miqdardan artıq istifadə etməyin.
- Əlcək istifadə etmək məsləhətdir.
- Uşaqların əli çatmayan yerdə saxlayın.